AZ

Gəncədə hərbi yürüş keçirilib - FOTO

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, yürüş şəhərin Nizami Gəncəvi prospektində başlayaraq Atatürk prospektinə qədər davam edib.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.

İzləyənlər tərəfindən hərbi yürüş böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Laçın və Xankəndində də hərbi yürüş keçirilib.

Gəncədə Gəncədə
Seçilən
43
2
apa.az

3Mənbələr