AZ

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb

Sabirabadda rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, hərəkətdə olan yük maşını VAZ-2104 avtomobili ilə toqquşub.
 
Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilən
10
17
moderator.az

10Mənbələr