AZ

MLS də ən çox maaş alan 10 futbolçu

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

Lionel Messi 2025-ci ildə də MLS-in ən yüksək maaş alan futbolçusu olub.

Sportal.az xəbər verir ki, MLS Futbolçular Assosiasiyası (MLSPA) 2025-ci ilin may ayına olan bütün oyunçuların maaş göstəricilərini açıqlayıb. Siyahıda əsas maaş və illik orta zəmanətli kompensasiya göstərilir – bu, oyunçunun əsas maaşı ilə yanaşı, müqavilə müddəti ərzində alınacaq imza və zəmanətli bonusları da əhatə edir.

MLS-də 2025-ci il üzrə ən yüksək maaş alan 10 oyunçu:

1. Lionel Messi ("İnter Mayami") – 20,4 milyon dollar

2. Lorentso İnsinye ("Toronto") – 15,4 milyon dollar

3. Serxio Buskets ("Inter Mayami") – 8,8 milyon dollar

4. Migel Almiron ("Atlanta United") – 7,9 milyon dollar

5. Hirvinq Lozano ("San Diego") – 7,6 milyon dollar

6. Federiko Bernardeşi ("Toronto") – 6,3 milyon dollar

7. Emil Forsberq ("Nyu York Red Bulls") – 6,03 milyon dollar

8. Jordi Alba ("İnter Mayami") – 6 milyon dollar

9. Riqui Puiq ("LA Qalaksi") – 5,8 milyon dollar

10. Conatan Bamba ("Çikaqo Fire") – 5,6 milyon dollar

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
4
sportal.az

5Mənbələr