AZ

Nigeriyanın şimalında silahlıların hücumları nəticəsində 17 əsgər həlak olub

Nigeriyanın şimalında silahlı dəstələrin üç hərbi bazaya hücumu nəticəsində azı 17 əsgər həlak olub.

Reuters bu barədə məlumat yayıb.

“Hərbiçilər Niger əyalətinin Kvanar Dutse Mariqa və Boka bölgələrindəki ordunun irəli əməliyyat bazalarına, eləcə də qonşu Kaduna əyalətindəki başqa bazaya qəfil hücumlar həyata keçirib”, - nəşr bildirib.

Hücumlarda Kvanar Dutse Mariqa bazasındakı 17 əsgərin hamısının öldürüldüyü bildirilir.

Seçilən
33
aznews.az

1Mənbələr