AZ

"Qarabağ"ın futbolçuları Fizuli sakinləri ilə görüşüblər

Azərbaycan çempionu "Qarabağ"ın Şuşa, Xankəndi və Fizuli şəhərləri səfəri başa çatıb.

İdman.biz xəbər verir ki, komandanın üzvləri Fizuli sakinləri ilə görüşüblər.

Rayon mərkəzindəki tədbirə böyük maraq olub. Gənclər "Qarabağ"ın futbolçuları ilə görüşdən xüsusilə məmnun qalıblar. Oyunçular görüş zaman avtoqraf verib, şəkil çəkdiriblər.

Qeyd edək ki, komanda üzvləri Mirzə Uluqbəy adına 1 saylı məktəbə də baş çəkiblər.

İdman.biz

Seçilən
20
2
idman.biz

3Mənbələr