AZ

40 min dollara qane oldu, yolunu Azərbaycandan saldı

"Kəpəz" yayın ilk legioner transferini yekunlaşdırıb.

"Sarı-göylər" azad agent statusu daşıyan Vasilije Terziclə birillik müqavilə imzalayıb.

Monteneqrolu yarımmüdafiəçi 40 min dollar qarşılığında Azərbaycana gəlməyə razılaşıb.

26 yaşlı orta sahə oyunçusunun son klubu "Otrant- Olimpik" olub.

Başa çatan mövsümdə Monteneqro çempionatında 13 oyuna çıxmış Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.

SPORTİNFO.AZ

Seçilən
58
49
sportinfo.az

10Mənbələr