AZ

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşdi

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.

Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Seçilən
12
33
avtosfer.az

10Mənbələr