ABŞ prezidenti Tramp NATO sammiti üçün Haaqada İsrail-İran atəşkəs razılaşmasının son vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp qeyd edib: " İran və İsrail məktəbin həyətindəki iki uşaq kimi böyük dava etdilər. Bir müddət onların döyüşməsinə icazə verdim, onları dayandırmağın asan olacağını düşündüm.
Hadisələrin gedişatı məncə, çox yaxşıdır. İsrail təyyarələri dünən geri döndü. Mən onlarla fəxr edirdim. Bir pozuntu olduğunu düşündükləri üçün havaya qalxdılar.
Texniki cəhətdən onlar haqlı idilər, lakin bu o qədər də yaxşı nəticə verməyəcəkdi, ona görə də təyyarələri geri çevirdilər.
İranın nüvə obyektlərində əməliyyatlar əla keçdi".