AZ

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planının məqsədləri açıqlandı

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın əsas məqsədləri açıqlanıb.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

 

Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:

 

cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması;

 

cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun təkmilləşdirilməsi;

 

cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması;

 

cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;

 

cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.

Tarix: 25 İyun 2025, 13:02   
Seçilən
22
5
pravda.az

6Mənbələr