Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Özünün qınaq obyektinə çevirən insanların elə özü də günahkardır".
AZXEBER.COM xəbər verir ki, bunu "Kanal S"-ə müsahibəsində müğənni Nadir Qafarzadə deyib.
O, efirdə özəl həyatını açıq-aşkar danışan qadın sənətçiləri qınayıb:
"Kim icazə verirsə ki, onu qınasınlar, günah elə o adamın özündədir. Bu ən çox da qadınlara aiddir. Efirə çıxanda ədəbli danışın, ağzınıza gələni deməyin, qadınlığınıza hörmət edin. Özünüz-özünüzü ləkələyirsiniz sonra da kimisə qınayırsınız. Hər şey çox biabırçı hal alıb. Deyək ki, onun əri yoxdur, axı atası, qardaşı var, qohum əqrəbələrin baxır, görür. Bir adam çıxıb sənə demir ki, ayıl, sən nə edirsən? Bəzi pozğun qadınlar o cür hərəkətlərlə pul qazanırlar deyə ata da, qardaş da, ər də susur. Pul çox şeyin üstünü örtür".
Aysel
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.