"Özünün qınaq obyektinə çevirən insanların elə özü də günahkardır".
Publika.az xəbər verir ki, bunu "Kanal S"də yayımlanan "Xəbərin var?" verilişinə müsahibəsində müğənni Nadir Qafarzadə deyib.
O, efirdə özəl həyatını açıq-aşkar danışan qadın sənətçiləri qınayıb:
"Kim icazə verirsə ki, onu qınasınlar, günah elə o adamın özündədir. Bu ən çox da qadınlara aiddir. Efirə çıxanda ədəbli danışın, ağzınıza gələni deməyin, qadınlığınıza hörmət edin".