AZ

Bakıda pulsuz çimərliklər Bu marşrutlarla rahat çatmaq mümkündür

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Yay fəsli yeni başlayıb və havalar tədricən isinməkdədir. Paytaxt sakinləri və şəhər qonaqları artıq dəniz kənarında istirahət üçün uyğun məkanlar axtarmağa başlayıblar.

BAKU.WS-in məlumatına görə, Bakı ətrafında bir neçə ərazidə fəaliyyət göstərən pulsuz ictimai çimərliklər istirahətini təbiət qoynunda keçirmək istəyənlər üçün əlverişli seçimdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın müxtəlif qəsəbələrində uzun müddət baxımsız vəziyyətdə qalmış sahilyanı ərazilər abadlaşdırılıb və çimərlik zonasına çevrilərək ictimai istifadəyə açılıb.

Bu çimərliklərdə giriş tamamilə ödənişsizdir. Həmçinin oturacaq, kölgəlik, tullantı qutusu və digər infrastruktur imkanlarından pulsuz istifadə etmək mümkündür.

Pulsuz çimərliklər və marşrut xətləri:

Sahil Çimərliyi

Yerləşdiyi Qəsəbə: Lökbatan

Gediş Yolları: 149, 164 nömrəli marşrut

Buzovna Çimərliyi

Yerləşdiyi Qəsəbə: Buzovna

Gediş Yolları: 107 nömrəli marşrut

Novxanı Çimərliyi

Yerləşdiyi Qəsəbə: Novxanı

Gediş Yolları: 123 nömrəli marşrut

Görədil Çimərliyi

Yerləşdiyi Qəsəbə: Görədil

Gediş Yolları: 108A marşrut

Pirşağı Çimərliyi

Yerləşdiyi Qəsəbə: Pirşağı

Gediş Yolları: 173A, 173B, 179 nömrəli marşrutlar

Şıx Çimərliyi

Yerləşdiyi Rayon: Səbail

Gediş Yolları: 72,120A, 125,149, 205 marşrutlar.

Digər çimərliklər və marşrut xətləri:

Mərdəkan çimərliyi

Yerləşdiyi Qəsəbə: Mərdəkan 

Gediş Yolları: 141 nömrəli marşrutlar

Şüvəlan çimərliyi

Yerləşdiyi Qəsəbə: Şüvəlan

Gediş Yolları: 143 nömrəli marşrutlar 

Bilgəh və Nardaran (Sea Breeze istirahət mərkəzi) çimərlikləri

Yerləşdiyi Qəsəbə: Bilgəh və Nardaran

Gediş Yolları: 144 nömrəli marşrutlar 

Bilgəh çimərliyi

Yerləşdiyi Qəsəbə: Bilgəh 

Gediş Yolları: 150, 172 nömrəli marşrut 

Nardaran çimərliyi (Sea Breeze istirahət mərkəzi)

Yerləşdiyi Qəsəbə: Nardaran

Gediş Yolları: 177 nömrəli marşrut 

Zirə çimərliyi 

Yerləşdiyi Qəsəbə: Zirə

Gediş Yolları: 180 nömrəli marşrut

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
4
baku.ws

5Mənbələr