AZ

Ermənistanın İstintaq Komitəsi "Müqəddəs Mübarizə"nin ölkədə hakimiyyəti ələ keçirmək planının təfərrüatını açıqladı

Bakı. Trend:

Ermənistanın “Müqəddəs Mübarizə” adlı hərəkatının rəhbərləri vəüzvləri ölkədə hakimiyyəti ələ keçirmək məqsədi daşıyan terroraktları və başqa fəaliyyətlər planlaşdırıb.

Trend xəbər verirki, bu barədə Ermənistanın İstintaq komitəsinin bəyanatındadeyilir.

Məlumata görə, Vazgen Qalstanyan rəhbəri və təşəbbüskarı olduğu“Müqəddəs Mübarizə” adlı hərəkatın qarşıya qoyduğu – ErmənistanRespublikasında hakimiyyətin ölkə Konstitusiyası ilə nəzərdətutulmuş qanuni yollarla ələ keçirilməsi məqsədinə bir neçə ayərzində nail ola bilmədiyindən, 2024-cü ilin noyabr ayındanetibarən bu məqsədə Ermənistan Respublikasının Konstitusiyasındanəzərdə tutulmayan vasitələrlə çatmaq qərarına gəlib.

Bu məqsədlə, o, hərəkatın bir sıra üzvləri ilə qabaqcadan əlbirolaraq, qrup şəklində hərəkət edərək, terror aktları törətmək vəhakimiyyəti zorla ələ keçirmək üçün lazım olan vasitə və alətləriəldə edib, eləcə də, məqsədli şəkildə əlavə şərait yaradaraqhakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq görüb.

Bildirilir ki, mütəmadi müzakirələr zamanı Vazgen Qalstanyan vədigər cinayətkar qrup üzvləri, əsasən, keçmiş hərbçilər və polisəməkdaşlarından ibarət, hər biri 25 nəfərə qədər olan 200–250 zərbəqrupunun formalaşdırılması barədə qərar veriblər. Hər qrupa konkrettapşırıqlar verilməli, bu tapşırıqlar hər vəchlə yerinə yetirilməliidi. Bu qrupların üzvləri bir-birinin və digər qruplarınfəaliyyətindən xəbərsiz olmalı və qarşılıqlı əlaqədə olmamalıidilər.

“Cinayətkar qrup zərbə qrupları formalaşdırıldıqdan və lazımolan vasitələr əldə edildikdən sonra, müəyyən bir bəhanə iləV.Qalstanyan Ermənistan Respublikası hökumətinin binası qarşısındamitinqə çağırış etməyi planlaşdırırdı. Bu toplaşma hakimiyyətindiqqətini yayındırmaq üçün nəzərdə tutulmuşdu, həmin vaxt zərbəqrupları əvvəlcədən müəyyən edilmiş mövqeləri tutmalı və mitinqəqatılmamalı idilər.

Cinayətkar qrup konkret planlaşdırmışdı ki, hərəkatın sonməqsədi mitinq iştirakçıları tərəfindən deyil, zərbə qruplarıtərəfindən, onlara verilmiş tapşırıqların 24–36 saat ərzində yerinəyetirilməsi yolu ilə həyata keçirilsin və bununla da Ermənistanınyaşayış məntəqələrində xaos və idarəolunmazlıq vəziyyətiyaradılsın”, – deyə bəyanatda qeyd olunur.

Ermənistan İstintaq Komitəsinin məlumatına əsasən, ErmənistanRespublikasında hakimiyyəti ələ keçirmək məqsədilə cinayətkarməqsədlərini reallaşdırmaq üçün V. Qalstanyan və cinayətkar qrupundigər üzvləri partlayışlar, binalara atəş açılması, insanlarınkütləvi qırğını ilə hədələmə, vətəndaşlara ağır və ya orta dərəcədəxəsarət yetirilməsi, böyük maddi ziyan vurulması, enerji vəinternet təchizatının kabellərin və avadanlıqların zədələnməsi yoluilə dayandırılması, avtomobillərin qəsdən toqquşması ilə kütləviyol-nəqliyyat hadisələri törədilməsi, ictimai obyektlərinyandırılması, işıqforların kütləvi şəkildə sıradan çıxarılması,trolleybus xətlərinin məhv edilməsi və digər oxşar hərəkətlərplanlaşdırıblar ki, bu da əhali arasında panika, qorxu və xaosyaratmaq məqsədi daşıyırdı.

Məqalədə:
Seçilən
129
50
az.trend.az

6Mənbələr