AZ

R.T.Ərdoğanla D.Tramp NATO-da görüşüblər » AzadMedia.az

R.T.Ərdoğanla

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.

"Görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ liderinin səyləri nəticəsində əldə olunan İsrail - İran atəşkəs razılaşmasını alqışlayıb və bunun daimi olmasını arzulayıb.

O, Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya - Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb"

hər iki lider NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin görülməsinin əhəmiyyətini qeyd ediblər. “Prezident Ərdoğan hər iki ölkənin müxtəlif, xüsusən enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu və əməkdaşlığın inkişaf etdirilməsinin, xüsusilə də müdafiə sənayesində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib”

Tarixi sayılan bu iki günlük toplantı, ya 32 üzvdən ibarət təhlükəsizlik təşkilatını müdafiə xərcləri ilə bağlı yeni bir öhdəlik ətrafında birləşdirə, ya da alyans daxilindəki bölünmələri daha da dərinləşdirə bilər.

Qeyd edəkki, Bütün diqqətlər Trampın İran və İsrail arasında atəşkəs razılaşmasına nail olmaq cəhdlərinə yönəlib.

Seçilən
75
50
azadmedia.az

10Mənbələr