Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparır...
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.
APA xəbər verir ki, Paşinyan hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.
***
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən məlumat verir.
"Müqəddəs mübarizə" adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar", - İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib.
Poliqon.info