Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb...
APA xəbər verir ki, müxalif “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan evində axtarış aparılandan sonra Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.
O, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.
APA xəbər verir ki, Paşinyan hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.
***
Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparır.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən məlumat verir.
"Müqəddəs mübarizə" adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar", - İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib.
Poliqon.info