AZ

Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib - Yenilənib

Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparır...

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

APA xəbər verir ki, Paşinyan hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.

***

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən məlumat verir.

"Müqəddəs mübarizə" adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar", - İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib.

Poliqon.info

Seçilən
4
1
poliqon.info

10Mənbələr