AZ

Dekorasiya şirkəti satışa çıxarılıb - QİYMƏT

Paytaxtda fəaliyyət göstərən hazır dekorasiya şirkəti bütün avadanlıqları ilə birlikdə satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, satış qiyməti 65 min manat olaraq müəyyən edilib.

Məlumata görə, şirkətə məxsus avadanlıqlar arasında 334 ədəd "ağ stul" (Türkiyə istehsalı), 100 ədəd "şəffaf stul", 30 ədəd kvadrat "mermer laminat masa", 20 ədəd yumru "mermer laminat masa", 30 ədəd furşet "mermer laminat masa", 100 metr "işıq lampa kabeli", 40 kvadratmetr "qazon", 250 nəfərlik "qab dəsti", 70 nəfərlik "VIP qab dəsti", 110 ədəd bahalı "süfrə", 550 ədəd stullar üçün "döşəkçə", müxtəlif növdə içki "bakalları", dekorasiya üçün bir neçə avadanlıq və digər əşyalar daxildir.

Satış paketinə "Ford Transit" avtomobili də əlavə olunub.

Bütün avadanlığın və avtomobilin ümumi bazar dəyəri 89 min manat təşkil edir.

Şirkətin sahibi avadanlığı alan şəxsə bütün mövcud müştəri sifarişlərini yönləndirəcəyini və əməkdaşlıq edəcəyini bildirib. Maraqlanan şəxslər şirkəti "MMC" kimi qeydiyyatdan keçirmək istədikləri halda, hüquqi prosedurlar da təmin olunacaq.

Maraqlanan şəxslər 070 295 19 92 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mayya Hüseynova 

Seçilən
67
31
valyuta.az

10Mənbələr