AZ

Cavanşir Məmmədov sevgilim olmayıb

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla aralarında sevgi olması ilə bağlı çıxan dedi-qodulara son qoyub.

Axşam.az xəbər verir ki, müğənni "Bir gün" verilişində bununla bağlı sualları cavablandırıb. O bildirib ki, aralarında heç vaxt sevgi olmayıb:

"Yozumlar düz deyil. Yerimdə olmaq istəyən çox insan var idi. Bizi yaraşdırırdılar: boy, sima cəhətdən. Hətta bəzən deyirdilər Firuzə Cavanşirin xalası qızıdır. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma kin yağdıran, saxta profil açıb yazanlar: sakitəm, amma məqamı gözləyirəm. Hər şeyi Allaha həvalə edirəm. Cavanşir müəllimlə aramda sənət sevdası var idi, sevgi yox. Sevgi onun ailəsinə var idi. Allahdan qorxun. Buna nöqtə qoyuram: Cavanşir Məmmədov mənim sevgilim yox, sənət dostum olub". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
axsam.az

2Mənbələr