AZ

“Cavanşir Məmmədov sevgilim olmayıb” - VİDEO

Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla aralarında sevgi olması ilə bağlı çıxan dedi-qodulara son qoyub.

Yenisabah.az xəbər verir ki, müğənni "Bir gün" verilişində bununla bağlı sualları cavablandırıb. O bildirib ki, aralarında heç vaxt sevgi olmayıb:

"Yozumlar düz deyil. Yerimdə olmaq istəyən çox insan var idi. Bizi yaraşdırırdılar: boy, sima cəhətdən. Hətta bəzən deyirdilər Firuzə Cavanşirin xalası qızıdır. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma kin yağdıran, saxta profil açıb yazanlar: sakitəm, amma məqamı gözləyirəm. Hər şeyi Allaha həvalə edirəm. Cavanşir müəllimlə aramda sənət sevdası var idi, sevgi yox. Sevgi onun ailəsinə var idi. Allahdan qorxun. Buna nöqtə qoyuram: Cavanşir Məmmədov mənim sevgilim yox, sənət dostum olub". /Axşam.az


Telegram kanalımız
Seçilən
15
1
yenisabah.az

2Mənbələr