AZ

“Neftçi” onunla yollarını ayırdı

“Neftçi” Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib. 


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransalı cinah müdafiəçisindən öncə bu yay Bakı klubunu daha 11 futbolçu - Filip Ozobiç, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Dembo Darbo da tərk edib.

Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.

Seçilən
20
10
manset.az

10Mənbələr