AZ

İran hələ də uranın zənginləşdirilməsi üçün gizli qurğulara malikdir

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın ölkənin nüvə obyektlərini bombalamasından sonra İran hələ də gizli uranın zənginləşdirilməsi obyektlərinə malikdir.

The New York Times bir neçə İsrail rəsmisinə istinadən bildirir ki, qurğular daha böyük obyektlərə hücumlar zamanı nüvə proqramını davam etdirmək üçün tikilib.

Məqalədə deyilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının əksəriyyəti ABŞ-ın zərbələrindən əvvəl köçürülüb və toxunulmaz olaraq qalır.

Bloomberg həmçinin daha əvvəl yazmışdı ki, ABŞ İrana hücum edərkən nüvə reaktorlarını vurmaqdan çəkinir.

Kiprli jurnalist Aleks Xristoforu da deyib ki, ABŞ-ın hava hücumlarından sonra İranda uranın harada olduğunu dünyada heç kim bilmir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
15
dogru.az

10Mənbələr