NATO-nun hazırkı sammiti Ukrayna üçün məyus olacaq, çünki o, güclü dəstək bəyanatları, gələcək üzvlük və Rusiyaya qarşı artan sanksiyalar gətirməyəcək.
Bu fikri NATO-nun keçmiş sözçüsü, baş katibin köməkçisinin müavini Ceymi Şi “ The Guardian” a şərhində bildirib . “Bu görüş Ukrayna üçün məyus olacaq, xüsusən ona görə ki, əksər müttəfiqlər daha güclü dəstək bəyanatları, NATO-ya üzvlük üçün açıq qapı və Rusiyaya qarşı sanksiyalara dair daha aydın yol görmək istəyirlər”.
Nəşr proqnozlaşdırır ki, Yaxın Şərqdə atəşkəs elan edildikdən sonra ABŞ prezidenti Donald Tramp sammitə “özünü təbrik etmək” əhval-ruhiyyəsində gələcək və Alyans liderlərinin əksəriyyəti onu pozmaq istəməyəcək.
//Samir Qurbanov, Editor.az