AZ

Netanyahudan İrana SƏRT XƏBƏRDARLIQ

"İsrail İranın nüvə proqramına son qoymağa nail olub və onu canlandırmaq cəhdlərinə qarşı çıxacaq".

Publika.az xəbər verir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu xəbərdarlıq edib.

"Biz İranın nüvə layihəsini ləğv etdik. Əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdləri dayandırmaq üçün eyni qətiyyət və güclə hərəkət edəcəyik. İranın nüvə silahı olmayacaq", - Netanyahu bildirib.

İyunun 24-ü səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb.

Seçilən
13
1
publika.az

2Mənbələr