AZ

Messi bu oyunda qəzəbli olsa, Maskerano sevinəcək

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Palmeyras”la 2:2 hesablı heç-heçədən sonra nəticədən açıq-aşkar qıcıqlanan komandanın kapitanı Lionel Messinin davranışından danışıb.

Publika.az xəbər verir ki, Maskerano Messinin narazılığının Paris klubunda keçirdiyi mənfi xatirələrlə bağlı olduğuna inanmır.

“Aydındır ki, Messi qəzəbli oynasa, bizim üçün daha yaxşı olar. Çünki o, əlavə motivasiya ilə inkişaf edə bilən oyunçulardan biridir. Amma məncə, bütün bunlar keçmişdə qaldı. İndi bu, başqa hekayədir.

Həmçinin, oyun ABŞ-da keçirildiyi üçün atmosferin fərqli olacağını düşünürəm. Biz əla oyun göstərməyə çalışacağıq. Çünki hər hansı bir şansın olması üçün mükəmməl oyun göstərməliyik və biz bunu etməyə çalışacağıq”, – Maskerano “SportsCenter”ə deyib.

Seçilən
19
publika.az

1Mənbələr