AZ

İran İsrailə nə qədər raket atıb?

İran münaqişənin 12 günlük eskalasiya mərhələsində İsrailə təxminən 550 raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.

Publika.az xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

Onun sözlərinə görə, İrandan atəşə tutulması nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.

Gendelman qeyd edib ki, həkimlər 15 yaralının vəziyyətini ağır, 58-nin vəziyyətini orta ağır dəyərləndirirlər. O qeyd edib ki, 1399 nəfər isə yüngül xəsarət alıb.

Xatırladaq ki, bu səhər İsrailin cənubundakı Beer Şeva şəhərində İran raketinin yeddi mərtəbəli binaya düşməsi nəticəsində 10 nəfər yaralanıb, onlardan üçü həlak olub.

Seçilən
17
21
publika.az

10Mənbələr