AZ

Daha bir nüvə mütəxəssisi öldürüldü

İran dövlət televiziyası ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəsin qüvvəyə minməsi ilə bağlı bəyanatından əvvəl dünən gecə İranın şimalında İsrailin hücumu nəticəsində iranlı nüvə aliminin öldürüldüyünü bildirib.

Bəzi mənbələr Məhəmməd Rza Saddiqinin İranın şimalında, Xəzər dənizi yaxınlığındakı Astane Əşrəfiyyədə ailəsinin evində qətlə yetirildiyini bildirib. Sadiqinin 17 yaşlı oğlu da bir neçə gün əvvəl Tehranda ailəsinin evinə edilən hücumda həlak olmuşdu.

Məhəmməd Rza Sadiqi ABŞ-ın sanksiya siyahısında idi.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Fars” xəbər agentliyi ABŞ prezidenti Donald Trampın İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini elan etməzdən əvvəl bu gün səhər saatlarında İranın şimalında İsrailin hücumu nəticəsində 9 nəfərin öldüyünü bildirib.

Xəzər dənizinin şimalındakı Gilan əyalətinin rəsmisi Əli Baqeri, “Astane Əşrəfiyədə baş verən partlayışlar nəticəsində dörd ev tamamilə dağılıb və çoxlu sayda evə ziyan dəyib”, – deyib.

Tramp bu səhər İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini elan edib və atəşkəsi pozmamağa çağırıb.

Atəşkəs qüvvəyə minməzdən əvvəl son saatlarda İsrail və İran bir-birlərinə hücum etdilər. İsrailin cənubundakı Birşebaya raket hücumu nəticəsində 4 nəfər, İrana edilən hücumlarda isə 9 nəfər həlak olub.

Seçilən
16
vaxt.az

1Mənbələr