“Leyptsiq”in yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubunu bundan sonra Ole Verner çalışdıracaq.
37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Vernerin sonuncu klubu “Verder” olub. O, may ayında komandadan ayrılıb.
Qeyd edək ki, Verner 2021-ci ilin noyabrından rəhbərlik etdiyi “Verder”i bundesliqaya yüksəltməyi bacarıb. Bremen klubu ötən mövsüm çempionatda 51 xalla 8-ci yeri tutub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta