AZ

Almaniya klubunda yeni baş məşqçi

“Leyptsiq”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubunu bundan sonra Ole Verner çalışdıracaq.

37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Vernerin sonuncu klubu “Verder” olub. O, may ayında komandadan ayrılıb.

Qeyd edək ki, Verner 2021-ci ilin noyabrından rəhbərlik etdiyi “Verder”i bundesliqaya yüksəltməyi bacarıb. Bremen klubu ötən mövsüm çempionatda 51 xalla 8-ci yeri tutub.

Seçilən
11
1
football-plus.az

3Mənbələr