AZ

Bu xanım Trampın Nobelə namizədliyini irəli sürdü

Respublikaçı konqresmen Buddi Karter İsrail və İran arasında münaqişənin həllinə görə ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qeyd olunub ki, Karter Nobel Mükafatı Komitəsinə yazdığı məktubda Trampın “İsrail və İran arasında silahlı münaqişənin sona çatmasında və dünyanın ən böyük terror sponsoru dövlətinin planetin ən öldürücü silahını əldə etməsinin qarşısını almaqda” müstəsna və tarixi rol oynadığını bildirib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri “tamamilə və bütövlükdə məhv edilib”.

Seçilən
31
25
publika.az

10Mənbələr