AZ

Biləsuvarda minik avtomobili traktorla toqquşdu - Xəsarət alanlar var 

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
52
27
unikal.az

10Mənbələr