ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Miçiqan ştatında helikopter qəzası baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Miçiqan ştatının Clay qəsəbəsində yerləşən sahil restoranının yaxınlığında helikopter qəzası baş verib.
Eurocopter EC-130 tipli helikopter boş əraziyə eniş etməyə çalışarkən yan yataraq aşıb. Hadisə zamanı ərazidə güclü toz buludu müşahidə olunub.
Qəza anı ətrafdakı insanlar tərəfindən lentə alınıb. Helikopterdə olan 4 nəfərin yüngül xəsarət aldığı bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
Oksana
PAYLAŞ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.