AZ

ABŞ-də eniş etməyə çalışan helikopter aşdı - VİDEO

ABŞ-nin Miçiqan ştatında helikopter qəzası baş verib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Miçiqan ştatının Clay qəsəbəsində yerləşən sahil restoranının yaxınlığında helikopter qəzası baş verib.
 
Eurocopter EC-130 tipli helikopter boş əraziyə eniş etməyə çalışarkən yan yataraq aşıb. Hadisə zamanı ərazidə güclü toz buludu müşahidə olunub.

Qəza anı ətrafdakı insanlar tərəfindən lentə alınıb. Helikopterdə olan 4 nəfərin yüngül xəsarət aldığı bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
 


 
Seçilən
3
1
7news.az

2Mənbələr