Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.
Bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub.
Qeyd edək ki, V.Əsgərli 10 ildən çoxdur icra başçısının müavini vəzifəsində işləyirdi.
©İqtisadiyyat.az