AZ

Vəsilə Əsgərli vəzifəsindən azad olundu

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb. Əmrə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.

Xatırladaq ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi.

Seçilən
6
18
metbuat.az

10Mənbələr