AZ

"Qalatasaray" Riçarlisonla maraqlanır

"Qalatasaray" "Tottenhem"in hücumçusu Riçarlisonu transfer etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bəyənib. Londonlular 28 yaşlı braziliyalını satmağa və ya icarəyə verməyə hazırdır. Klub onun statistikasından və tez-tez zədələnməsindən narazıdır.

Riçarlison 2024/25 mövsümündə "Tottenhem"in heyətində bütün yarışlarda 24 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Seçilən
11
4
operativmedia.az

6Mənbələr