“Barselona” “Kamp Nou”dakı yenidənqurma işlərindən sonra ilk matçını avqustun keçirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Joan Qamper Kuboku” turniri çərçivəsində avqustun 10-da İtaliyanın “Komo” komandası ilə üz-üzə gələcək. “Barselona” həmin matçı doğma meydanda oynamaq istəyir.
Xatırladaq ki, stadionda işlərə 2022-ci ilin iyununda başlanılıb. Areanın tamaşaçı tutumunun 105 minə çatdırılması gözlənilir.