AZ

Tramp üçün 3 gizli bunker hazırdır

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin “Qiyamət günü” planı nüvə müharibəsi baş verəcəyi təqdirdə prezidentin sağ qalmasını və ölkəni yeraltından idarə etməsini nəzərdə tutur. Daha əvvəl 11 sentyabr hücumları zamanı qüvvəyə minən plan, mümkün Üçüncü Dünya Müharibəsi üçün yenidən gündəmə gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp nüvə müharibəsi baş verəcəyi təqdirdə ölkəsinin gizli bazalarından birinə qaçmağa məcbur ola bilər. “Qiyamət” planları ABŞ hökumətinin belə bir ssenariyə hazır olduğunu göstərir.

İran və ya başqa bir nüvə dövləti ilə fəlakətli müharibə baş verərsə, ABŞ-nin“Əməliyyatların Davamlılığı Planı” (COOP) adlı strategiyası işə düşür.

Bu plan, böyük şəhərlərin kütləvi qırğın silahı tərəfindən məhv edildiyi halda belə, milli müdafiə, iqtisadi sabitlik və ictimai təhlükəsizlik kimi mühüm dövlət funksiyalarının davam etməsini təmin etmək məqsədi daşıyır.

Tammiqyaslı müharibə zamanı Prezident və digər liderlərin qaça biləcəyi ÜÇ ƏSAS sığınacaq var:

Dağ Havası Təcili Əməliyyatlar Mərkəzi (Virciniya): Mülki liderlər üçün tikilmiş və hökumətə ictimaiyyətlə əlaqə saxlamağa imkan verən geniş kommunikasiya infrastrukturu təmin edən yeraltı sığınacaq.

Raven Rock Mountain Kompleksi (Pensilvaniya): Milli fövqəladə hallar zamanı Müdafiə Nazirliyinin hərbi komandanlıq mərkəzi kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur.

Çeyen Dağ Kompleksi (Kolorado): Əvvəllər NORAD-ın (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının) qərargahı olan bu yeraltı qurğu, nüvəyə davamlı strukturu ilə hələ də NORAD-ın ehtiyat komanda mərkəzi və COOP daxilində sığınacaq kimi istifadə olunur.

Bu planın son günlərdə həyata keçiriləcəyi ilə bağlı iddialar ABŞ -də bir çox insanı qorxuya salıb . Çünki prezidentin fövqəladə komandanlıq təyyarəsi ölkə boyu uçur. Uçuş izləyiciləri xalq arasında “Qiyamət Təyyarəsi” kimi tanınan Boeing E-4B “Nightwatch” təyyarəsinin iyunun 17-də uçduğunu görüblər.

Cəmi dörd gün sonra ABŞ ordusu Çin və Rusiyanın xəbərdarlığına baxmayaraq, İranda üç nüvə obyektinə zərbə endirib. Bu hücumun dünyanı III Dünya Müharibəsinə sürükləyə biləcəyi ilə bağlı narahatlıqlar artıb.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
icma.az

3Mənbələr