AZ

“Barselona”nın bu transferi reallaşdıra bilməyəcəyinə ümid edirlər

“Bayern” “Atletik”in vingeri Niko Uilyamsın transferindən hələ də vaz keçməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi ispaniyalı futbolçu üçün yeni rəsmi təklif göndərib.

Onlar “Barselona”nın bu transferi reallaşdıra bilməyəcəyinə ümid edirlər.

Bununla belə, 21 yaşlı futbolçu hələ ki, “Bayern”lə birbaşa əlaqə saxlamır. O, “Barselona” ilə razılaşmanın yekunlaşmasını gözləyir.

Seçilən
47
9
sportinfo.az

10Mənbələr