Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını yenidən Almaniyada davam etdirəcək.
O, bu gün 2-ci Bundesıiqa təmsilçisi “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.
Emreli yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Klubun tezliklə bu müqavilə bağlı məlumatı rəsmən açıqlayacağı gözlənilir.
"Kayzerslautern" başa çatan son mövsümü 7-ci pillədə tamamlayıb.
M.Emreli 2024/25 mövsümünü 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də keçirib. O, bu komandada bütün turnirlərdə meydana çıxdığı 25 oyunda 11 qol vurub, 1 qolun ötürməsini edib.
Azərbaycanlı futbolçunun "Nürnberq"lə müqaviləsi baça çatdıqdan sonra klubdan ayrılıb.