AZ

Vaşinqtonda şübhəli avtomobil təhlükəsizlik qüvvələrinə həyəcan yaşadıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-da Ağ Ev binası yaxınlığında şübhəli avtomobilin olması ilə əlaqədar məxfi xidmət və Böyükşəhər Polis Departamentinin əməkdaşları həyəcan vəziyyətinə gətirilib. ABŞ mətbuatı Ağ Evin ətrafındakı binaların boşaldıldığını yazıb.

Bizimyol.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı xəbər verildikdən sonra hərəkətə keçib.

Məxfi Xidmət və paytaxtın Polis Departamentinin əməkdaşları Ağ Evin yaxınlığında park edilmiş avtomobili araşdırarkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Səlahiyyətlilər, bomba zərərsizləşdirmə qruplarının hadisə yerinə sövq edildiyini və araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğunu açıqladı.

Təhlükəsizlik probleminin olmadığı aydınlaşınca yollar yenidən nəqliyyata açılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr