AZ

"Əsas olan ayağa qalxmağı bacarmaqdı" - Tofiq Musayev

“Bəzən qalxırsan, bəzən yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdı”.

"Football-plus.az" xəbər verir ki, bu sözlər Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevə məxsusdu.

36 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edib. Musayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində Mıktıbek Orolbaya (Qırğızıstan) uduzduqdan sonra ona dəstək olanlara təşəkkür edib:
“Bu dəfə qələbə qismət olmadı. Bəzən insan çox çalışar, çox inanar, amma həyat bizə fərqli sınaqlar təqdim edər. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyətim - siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız. Və sizin səsiniz… Arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insanın səsi… Sizin dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşü uduza bilərik, amma bu sevgini uduzmaq mümkün deyil”.

O bildirib ki, bu son deyil:
“Mən geri dönəcəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm”.

Xatırladaq ki, Musayev döyüşün ilk raundunda ağrıdıcı fəndlə məğlub olub.
Seçilən
6
8
football-plus.az

10Mənbələr