Bakı. Trend:
Türkiyənin Adana vilayətində zəlzələ olub.
Trend bu barədəTürkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD)istinadən xəbər verir.
Bildirilib ki, 4,5 bal gücündə zəlzələnin episentri AdananınSaimbeyli rayonu olub.
Yeraltı təkan yerli vaxtda 07:09-da qeydə alınıb. Zəlzələninyeraltı ocağı 6,96 kilometr dərinlikdə olub.
Zəlzələnin Saimbeyli rayonunun yaşayış məntəqələrində hissolunduğu bildirilir.