İsraillə İran arasında atəşkəs əldə olunmasına dair xəbərlər dünya bazarında neft qiymətlərinin ucuzlaşması prosesini sürətləndirib.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, bu günün ilk hərraclarında Londonun ICE birjasında neft qiymətləri 3 dollara yaxın ucuzlaşaraq 69,50 dollara düşüb.
Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin qiymətində eyni səviyyədə ucuzlaşmadan sonra hərraclar 66,69 həddinə enib.
Analitiklərə görə, qiymətlər 63-65 dollar həddinə qədər ucuzlaşacaq. Dünən neft 80 dollar həddindən 72 dollara qədər geriləmişdi.
Musavat.com