AZ

Krımda safari parkda faciə: Vaxtilə yatızdırılmayan şirlər daha bir adama hücum etdilər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Krımda "Tayqan" safari-parkında daha bir faciə baş verib. Belə ki, parkdakı şirlər müəssisənin direktoru Oleq Zubkova hücum edib. Hücum edən heyvanların, 2024-cü ildə 17 illik işçi Leokadiya Perevalovanı parçalayan eyni şirlər olduğu bildirilib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

İnsident yırtıcıların planlı yemlənməsi zamanı baş verib. Məlumata görə, Zubkov özü Mariupoldan gətirdiyi həmin şirlərdən ibarət qəfəsə girib və ağır yaralansa da, təkbaşına qapalı qəfəsdən çıxmağa nail olub, daha sonra isə huşunu itirib.

Həkimlərin bildirdiyinə görə, Zubkovun nəfəs borusu, boyun əzələləri və sol döş əzələsində ciddı zədələr aşkarlanıb. Yaraları tikilib və qanaxma dayandırılıb. Hazırda Zubkovun vəziyyəti stabildir, Simferopol xəstəxanasına aparılması planlaşdırılır.

Hadisə zamanı əsl qəhrəmanlıq göstərən şəxs isə parkın 58 yaşlı mətbuat katibi Tatyana Aleksagina olub. O, əlində sadəcə plastik süpürgə və vedrə ilə qəfəsə girərək, qəzəbli şiri qorxudub və direktorun həyatını xilas edib.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında həmin şirlərdən biri park işçisi Leokadiya Perevalovanı qəfəsin təmizlənməsi zamanı parçalayıb. Bundan sonra Zubkov şirləri öldürməyəcəyini və mərhum əməkdaşın şərəfinə parkda abidə qoyacağını açıqlamışdı. 2025-ci ilin fevralında isə bu hadisə ilə bağlı cinayət işi bağlanmışdı.

Son hücumu araşdıran ekspert komissiyası şirin instinktiv davrandığını və qəfəsə daxil olmaqla səhvi Zubkovun özü etdiyini bildirib. Buna baxmayaraq, şirin öldürülməməsi qərara alınıb.

Qeyd edək ki, Oleq Zubkov Avropanın ən iri şir və yırtıcı heyvan parklarından biri olan "Tayqan"ın qurucusu və rəhbəridir. O, illər ərzində heyvanların saxlanma şəraiti və təhlükəsizlik məsələləri ilə bağlı bir sıra qalmaqallarda adı hallanan şəxsdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
oxu.az

1Mənbələr