AZ

Zelenskinin London səfəri: Hərbi saziş imzalandı...

Axar.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Londona səfəri çərçivəsində Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram hesabında yazıb.

O qeyd edib ki, Starmerlə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edib.

Zelenski enerji və bank sektorlarına, “kölgə donanması”na, ikili istifadə komponentlərinin tədarükçülərinə, həmçinin “Oreşnik” istehsalı ilə məşğul olan hər kəsə təzyiqin artırılmasının vacibliyini bildirib.

Zelenski və Starmer görüşün sonunda birgə hərbi istehsal haqqında saziş imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
axar.az

10Mənbələr