AZ

Misir də Qətərlə həmrəylik nümayiş etdirdi YENİLƏNDİ 2

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Misir İranın Qətər ərazisinə endirdiyi zərbələri qınayıb və əmirliklə həmrəy olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

***

22.24

Səudiyyə Ərəbistanı İranın hücumlarına cavab olaraq Qətəri hər cür dəstəkləməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyindən bildiriblər.

***

İran Qətərdəki ABŞ aviabazasına hücumları Qətər rəsmiləri ilə koordinasiya edib.

Gununsesi.info xəbər verir ki, məlumatı “The New York Times” islam respublikasındakı mənbələrə istinadən yayıb.

Məlumatda deyilir ki, qurbanları minimuma endirmək üçün planlaşdırılan hücumlar barədə əvvəlcədən xəbərdarlıq edib.

Bu arada Qətər Xarici İşlər Nazirliyi isə SEPAH-ın Əl-Udeyd aviabazasına raket hücumunu “Qətərin suverenliyi və hava məkanının, habelə BMT Nizamnaməsinin pozulması” adlandırıb.

“Qətər Dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq bu açıq təcavüzə birbaşa cavab vermək hüququnu özündə saxlayır”, – deyə rəsmi bəyanatda bildirilir.

Əl-Ənsari həmçinin qeyd edib ki, Qətər hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib və İranın raketlərini uğurla dəf edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
icma.az

1Mənbələr