AZ

Avropa Liqası: “Sabah” – “Sele” qarşılaşmasının biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” (Azərbaycan) – “Sele” (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Yenisabah.az xəbər verir ki, qarşılaşmanı stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

Həmçinin, qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.

Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.


Telegram kanalımız
Seçilən
14
13
yenisabah.az

10Mənbələr