AZ

NATO Baş Katibi Rusiyaya görə Alyansın müdafiə xərclərini artırmağa çağırıb

NATO-nun baş katibi Mark Rutte alyans üzvlərini Rusiyanın “3-7 il ərzində blok ölkələrinə hücum edə biləcəyi” iddiaları ilə qorxuya salaraq, onları müdafiə xərclərini artırmağa çağırıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Rusiya indi bilir ki, istənilən hücum ölümcül cavabla nəticələnəcək, lakin müdafiə xərclərini artırmasaq, o, 3, 5, 7 il ərzində uğurla hücum edə bilər”, – Rutte bildirib.

İspaniyanın baş naziri Pedro Sançes iyun ayında bəyan etmişdi ki, Madrid Şimali Atlantika Alyansı ilə hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyindən azad olmaq üçün razılığa gəlib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr