AZ

Crocus dakı terror aktının arxasında kimlərin dayandığı açıqlandı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işi üzrə istintaqı başa çatdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Komitədən bildirilib ki, cinayət "Ukrayna hakimiyyətinin maraqları naminə, Rusiya Federasiyasında siyasi sabitliyi pozmaq məqsədilə" planlaşdırılıb və törədilib. Terror aktına bir neçə ay hazırlıq gedib.

Hadisə nəticəsində 149 nəfər həlak olub, daha 609 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı 2024-cü il martın 22-də baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və binanı yandırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr